AzTV-dən uşaqlar üçün nağıl kimi hədiyyə (FOTO)

0 3

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin layihəsi
olan “Dünya xalqlarının nağılları” audiodiskinin təqdimatı
keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən təqdimat
mərasimində rəsmi qurumların təmsilçiləri, ictimaiyyət
nümayəndələri, şəhid və qazi övladları, yaradıcı heyət iştirak
ediblər.

“Dünya xalqlarının nağılları” audiodiski dünya xalqlarının
folklor nümunələrini əhatə edir.

10 dəqiqəlik nağılları Azərbaycanın Xalq artisti, sevimli diktor
Ofeliya Sənani təqdim edir. Diskdə ümumilikdə 360 nağıl var.
Sözügedən nağıllar hər gün Azərbaycan Radiosunda səsləndirilir.

Orijinal musiqi və mükəmməl rejissor işi ilə radio həllini tapan
nağıllar 1 İyun — Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlara
“Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin
hədiyyəsidir.

AzTV hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri”
QSC-nin nəzdində fəaliyyət göstərir, 1956-cı il fevralın 14-də
yayıma başlayıb. Azərbaycan Televiziyasının dünyada 10-dan çox
müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya
yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına
layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar
Cəmiyyətinin sədri təyin edilib. Rövşən Məmmədov 2019-cu ildən
QSC-də uğurlu islahatlara başlayıb, qurumun nəzdində fəaliyyət
göstərən TV kanalları rebrendinq olunub. Rövşən Məmmədov televiziya
kanallarının texniki təchizatının yenilənməsinə xüsusi diqqət
ayırıb. Hər üç TV kanalında onlarla yeni uğurlu layihələr
hazırlanıb, yüzlərlə bədii-sənədli film istehsal olunub. 2021-ci
ildən AzTV HD formatında yayıma başlayıb.

Leave A Reply

Your email address will not be published.