Bərdə sakini qonşusunu silahla öldürüb, sonra özü intihar edib

0 2

Bərdə. Trend:

Bərdədə qonşusunu odlu silahla öldürən kişi sonra özü intihar
edib.

Trend-in yerli
müxbirinin xəbərinə görə, hadisə rayonun Şatırlı kəndində baş
verib. Kənd sakini 1963-cü il təvəllüdlü Hüseyinov Namiq İsmayıl
oğlu qonşusu 1988-ci il təvəllüdlü Hüseyinov Anar Malik oğlunu
qətlə yetirib. Daha sonra N.Hüseyinov özünə odlu silahdan atəş
açaraq intihar edib.

Hadisə qısqanclıq zəminində baş verdiyi bildirilir. Faktla bağlı
araşdırma aparılır.

Leave A Reply

Your email address will not be published.