Bakı dünya geosiyasi fikrin mərkəzidir — xarici ekspertlər IX Qlobal Bakı Forumunun əhəmiyyətindən danışırlar

0 3

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi
altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə
iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal
Bakı Forumu işə başlayıb.

Amerikalı analitik İrina Tsukerman Trend-ə bildirib ki, builki Qlobal Bakı Forumu
53 ölkədən 400-ə yaxın iştirakçını bir araya gətirərək Azərbaycanın
beynəlxalq aləmdə artan nüfuzunu önə çıxarıb:

«Forum, hazırkı və keçmiş dövlət başçıları, eləcə də gənclər də
daxil olmaqla, öz iştirakçıları ilə tədbirin dinamik və geniş
auditoriyaya uyğun keçirilməsinə sadiqliyini nümayiş etdirir.
Azərbaycan enerji təchizatçısı kimi getdikcə daha mühüm rol
oynayaraq inkişaf edir. Bu, xüsusilə Ukraynadakı hərbi əməliyyatlar
fonunda nəzərə çarpır. Bu, xüsusilə Ukraynadakı hərbi əməliyyatlar
fonunda nəzərə çarpır. Azərbaycan, eyni zamanda, COVID-19
pandemiyası zamanı mühüm rolunu nəzərə alaraq, bərpa olunan enerji,
yüksək texnologiyalar və səhiyyə kimi məsələlərdə Aİ
tərəfdaşıdır».

O qeyd edib ki, Azərbaycanın getdikcə fəallaşan beynəlxalq
mövcudluğu ABŞ tərəfindən də tanınıb və bu yaxınlarda prezident Co
Bayden rəsmi Bakıya iki məktub göndərib:

«Çox güman ki, Azərbaycanın Mərkəzi Asiyada getdikcə daha
təsirli rol oynayacaq. Bu səbəbdən Qlobal Bakı Forumu Azərbaycanın
liderliyə olan istəklərini və daha fəal və alqışlanan beynəlxalq
rolunu əks etdirən getdikcə daha geniş, iştirakçısı çox olan və
rəngarəng tədbirə çevrilir və çox güman ki, növbəti illərdə daha da
nüfuzlu beynəlxalq toplantıya çevriləcək».

Öz növbəsində amerikalı ekspert Piter Teis Trend-ə bildirib ki, IX
Qlobal Bakı Forumu demokratik dünyanın ən nüfuzlu beynəlxalq
tədbiridir:

«Bu konfransda ən aktual məsələlər öz həllini tapır. İyunun
16-da forumun açılışı tarixi nailiyyət idi, çünki əsas məruzəçilər
ən yaxşı dövlət qulluqçuları və diplomatlardır».

P.Teys əlavə edib ki, Bakı dünya geosiyasi fikrin mərkəzidir və
Azərbaycan Prezidenti İlham Əliyev Avropa, ABŞ və Asiyada artan
diqqəti cəlb edən tədbiri keçirməkdə yüksək səviyyəli liderlik
nümayiş etdirib.

Leave A Reply

Your email address will not be published.