Bakı Forumu qlobal məsələlərin müzakirəsi üçün vacib platformaya çevrilib — İvo Yosipoviç

0 2

Bakı. Trend:

Qlobal Bakı Forumu mühüm məsələlərin müzakirəsi üçün vacib
platformaya çevrilib.

Bunu Trend-ə özəl açıqlamasında Xorvatiyanın sabiq prezidenti
İvo Yosipoviç deyib.

Onun sözlərinə görə, IX Qlobal Bakı Forumu özündə bir sıra vacib
məsələləri ehtiva edir.

“Forumun əhəmiyyəti və vacibliyi ondan ibarətdir ki, fərqli
ölkələrdən nümayəndələr, sabiq dövlət başçıları bir araya gələrək
qlobal məsələlər və mövcud vəziyyət ilə bağlı müzakirələr
aparırlar. Düşünürəm ki, bu da öz növbəsində sözügedən məsələlərin
həllində öz müsbət töhfəsini verəcək. Forum 2 gündür davam edir və
müxtəlif mövzularda keçirilən panel müzakirələrində səsləndirilən
fikirlərin qlobal problemlərin həllində rolu olacaq”,- deyə sabiq
prezident əlavə edib.

Leave A Reply

Your email address will not be published.