Bakı Qlobal Forumun iştirakçılarını Şuşada görmək xüsusilə əlamətdardır – Emin Hüseynov

0 3

Şuşa. Trend:

Bakı Qlobal Forumun iştirakçılarını Şuşada görmək xüsusilə
əlamətdardır.

Trend-in
məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi
rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə,Şuşada forumun keçirilməsi xüsusi əhəmiyyət
kəsb edir.

“Bu gün qonaqlara ərazilərin bərpası, minalardan təmizlənməsi
istiqamətində aparılan işlər və bu prosesin mürəkkəbliyi, tikinti
işləri, infrastruktur, enerji, telekommunikasiya və s. sahəsində
görülən işlər barəsində məlumat verildi”,-deyə E.Hüseynov əlavə
edib.

Leave A Reply

Your email address will not be published.