Bakıda avtomobil təmiri sexində yanğın olub

0 4

Bakı. Trend:

Bakının Nəsimi rayonunda avtomobil təmiri sexində yanğın
olub.

Trend Fövqəladə
Hallar Nazirliyinin (FHN) İnformasiya portalına istinadla xəbər
verir ki, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi
rayonu, A.Salamzadə küçəsi ünvanındakı avtomobil təmiri sexində
yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin
yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın qısa
müddətdə söndürülüb

Leave A Reply

Your email address will not be published.