Bakıda bu küçələrdə sıxlıq yaranıb

0 2

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə
Mərkəzi Bakıda sıxlıq olan əraziləri açıqlayıb.

Mərkəzdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda Ziya
Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən
başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər —
əsas yolda 20 Yanvar dairəsi istiqamətində, Tbilisi prospektində,
İzmir küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində ,
Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir
küçəsinin kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər,
Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq müşahidə
edilir.

Həmçinin Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə
kəsişməsindən, Akademik Həsən Əliyev küçəsi istiqaməti və Neftçilər
prospektində Əziz Əliyev küçəsi ilə kəsişməyə çatmamış Azneft
dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Leave A Reply

Your email address will not be published.