Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

0 2

Bakı. Trend:

Bakı şəhərinin Nəsimi rayonunda yanğın hadisəsi qeydə
alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda çoxmərtəbəli
yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan
elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb. Yanğın
zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz
əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və
mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leave A Reply

Your email address will not be published.