Bakıda intiharın qarşısını alan polis yaralandı

0 9

Bakı. Trend:

İyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər
narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş
32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki
yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü
atmağa cəhd göstəriib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə
yerinə gəlmiş Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis
serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla
qıraraq E.Allahverdiyevin ayağından tutmuş və digər polis
əməkdaşlarının köməyi ilə cəhdin qarşısını alaraq onun həyatını
xilas edib.

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri almış polis
əməkdaşı DİN-in hospitalına yerləşdirilmiş, vəziyyəti
qənaətbəxşdir.

Leave A Reply

Your email address will not be published.