Bakı. Trend:
Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Sabunçu
rayonunda ümumi sahəsi 800 m² olan istixananın polietilendən ibarət
üzlüyü 300 m² sahədə və içərisində plastik dibçəklər yanıb.
İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;