Bakıda lift qırılıb, 4 nəfər xəsarət alıb

0 3

Bakı. Trend:

Bakıda binada liftin qırılması nəticəsində 4 nəfər xəstəxanaya
yerləşdirilib.

Bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən
(TƏBİB) məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alanlardan
4-ü bel, bud-çanaq və aşağı ətrafların travması diaqnozu ilə 3
saylı Kliniki Şəhər Xəstəxanasında hospitalizasiya olunub. 1 nəfər
tibb müəssisəsinə getməkdən imtina edib.

Xatırladaq ki, dünən saat 22:20 radələrində Nizami rayonu
Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi
çoxmərtəbəli binada liftin zənciri qırılıb. Nəticədə liftdə olan 4
qadın və 2 azyaşlı xəsarət alıb.

Leave A Reply

Your email address will not be published.