Bayden dünyanın neft və qaz istehsalçılarını hasilatı artırmağa çağırıb

0 2

Bakı. Trend:

ABŞ prezidenti Co Baydenin administrasiyası dünya üzrə neft və
qaz istehsalçılarını hasilatı artırmağa çağırır.

Trend xəbər
verir ki, bunu ABŞ-ın enerji naziri Cennifer Qranholm bazar günü
CNN-ə müsahibəsində deyib.

«Prezident dünya üzrə bütün istehsalçıları hasilatı artırmağı
xahiş edib. Buraya OPEC, bizim yerli neft və qaz istehsalçıları da
daxildir», — o deyib.

Qranholm həmçinin gələn həftə ABŞ-ın neft və qaz şirkətlərinin
rəhbərləri ilə görüşməyi planlaşdırdığını bildirib.

Leave A Reply

Your email address will not be published.