Bazar günü hava necə olacaq?

0 2

Bakı. Trend:

İyunun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən
yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın
temperaturu Abşeron yarımadasında gecə 20-22° isti, gündüz 27-31°
isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 29-31° isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
50-55 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz olacaq.
Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi
əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda
gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

Leave A Reply

Your email address will not be published.