Bir qrup beynəlxalq səyahətçi Ağalı kəndində olub (FOTO)

0 2

Zəngilan. Trend:

Bir qrup beynəlxalq səyahətçi erməni işğalından azad edilmiş
Zəngilanın Ağalı “ağıllı kəndi”ndə olub.

Trend-in
müxbirinin məlumatına görə, 10 ölkədən 24 səyahətçi və blogerdən
ibarət qrup Ağalı kəndində “ağıllı həllər”lə tanış olublar.

Cəmi bir il ərzində Zəngilanda həyata keçirilən ilk pilot layihə
haqqında məlumat verilib. Artıq 200 yaşayış binası tikilib, daha
150 yaşayış binasının tikintisinə başlanılması planlaşdırılır.

Səyahət edənlərə kənddə məktəb, uşaq bağçası, təcili yardım
məntəqəsinin fəaliyyət göstərəcəyi, ASAN və DOST xidmətlərinin
göstəriləcəyi, kiçik və orta sahibkarlığa dəstək göstəriləcəyi
bildirilib. Sakinlərin yüksəksürətli internetə çıxışı təmin
ediləcək.

Leave A Reply

Your email address will not be published.