“Bitcoin”in qiyməti 17 min dollardan aşağı düşüb

0 8

Bakı. Trend:

“Bitcoin”in məzənnəsi 2020-ci ilin sonundan bəri ən aşağı
səviyyəsinə çataraq 17 min dollardan aşağı düşüb.

Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

Məlumata əsasən, iyunun 18-i ən böyük kriptovalyutanın qiyməti
15 faiz azalaraq 17 599 dollar olub ki, bu da ardıcıl 12-ci
gündəlik ucuzlaşma olub. “Ether” kriptovalyutası təxminən 19 faiz
ucuzlaşaraq 881 dollara düşüb ki, bu da 2021-ci ilin yanvarından
bəri ən aşağı göstəricidir.

Leave A Reply

Your email address will not be published.