Bolqarıstan-Yunanıstan qaz kəmərinə ilk Azərbaycan qazı vurulub

0 2

Bakı. Trend:

Azərbaycan qazının yeni Bolqarıstan-Yunanıstan qaz kəmərinə
vurulmasına başlanılıb.

Trend-in
məlumatına görə, bu barədə Bolqarıstan milli radiosuna istinadla
xəbər verib. Məlumata əsasən, iyun ayının sonunadək kəmərə sınaq
miqdarında qaz vurulucaq, bundan sonra iyulun 1-dən başlayaraq,
tədarük tam həcmdə həyata keçiriləcək. Bolqarıstan il ərzində 1
milyard kubmetr Azərbaycan qazı almalıdır.

Sistemlərarası IGB (Interconnector Greece-Bulgaria) qaz boru
kəməri “Bulqartransqaz” kompaniyasının milli qaz şəbəkəsini yunan
qaz şəbəkəsi ilə birləşdirir. Bolqarıstan ərazisində uzunluğu 140
kilometr olan qaz kəməri ildə 3 milyard kubmetrə hesablanıb və
gələcəkdə tədarük həcmi 5,5 milyard kubmetrə qədər
genişləndiriləcək. Kəmərin layihə dəyəri ƏDV nəzərə alınmadan 145
milyon avrodur.

IGB Transadriatik (TAP) qaz kəmərindən Yunanıstan milli qaz
sisteminə, sonradan isə üzən reqazifikasiya qurğusu ilə
Aleksandrupolis limanına bağlanacaq. Bununla yanaşı, IGB gələcəkdə
təbii qazı Yunanıstandan Bolqarıstana, oradan isə Serbiya, Şimali
Makedoniya, Rumıniya və Macarıstana, həmçinin Ukraynaya çatdırmağı
planlaşdırır.

Leave A Reply

Your email address will not be published.