Bravo hipermarketdə “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçirilib (FOTO)

0 2

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Plastik
butulkanı ekoçantaya dəyiş” aksiyasına start verilib. İlk aksiya bu
gün “Bravo” marketlər şəbəkəsi ilə birgə Koroğlu Bravo
hipermarketində keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, aksiya zamanı ümumi
tutumu 2622 litr olan plastik butulka yığılıb.

Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin
müdiri Səyyarə Məmmədova bildirib ki, yığılan plastik tullantılar
“AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilib.

“Aksiyanın yay mövsümündən başlanılması xüsusi önəm kəsb edir.
Çünki bu mövsümdə plastik butulkalardan istifadə artır, nəticədə
plastik tullantıların da sayı çoxalır. İstifadə edilmiş plastik
butulkaları çeşidləyib təkrar emala yönəltməklə ətraf mühitin
təmizliyinin qorunmasına töhfə verən bütün vətəndaşlara
təşəkkürümüzü bildiririk. Qarşıdan gələn aksiyalarda da hamını belə
fəal olmağa səsləyirik”.

S.Məmmədovanın sözlərinə görə, növbəti aksiya Sumqayıtda
keçiriləcək. Bu barədə elan Nazirliyin saytında və sosial
şəbəkələrdə öncədən paylaşılacaq. Növbəti günlərdə aksiya həmçinin
regionlarımızda da davam etdiriləcək.

Leave A Reply

Your email address will not be published.