Bakı. Trend:
Böyük Britaniyanın rəqəmsal bank (neobank) modeli il bank
xidmətləri göstərən “Revolut” maliyyə-texnologiya şirkəti
Azərbaycan bazarına daxil olmağı planlaşdırır.
Trend bu barədə
şirkətə istinadən məlumat verir.
Qeyd edək ki, “Revolut” 200-dən çox ölkədə təmsil olunur, 18
milyondan çox fərdi, 500 min korporativ müştəriyə malikdir. Şirkət,
həmçinin 30-dan çox valyuta ilə maliyyə əməliyyatları yerinə
yetirir. “Revolut”un mobil tətbiqi səhmlərin, valyuta və
kriptovalyutaların alqı-satqısına imkan verir.
“Revolut” şirkəti 1 iyul 2015-ci ildə təsis edilib,
əməkdaşlarının sayı 5 minə yaxındır.
(Tərcümə: Orxan Nəbiyev)