BTC ilə nəql olunan neftin həcmi açıqlanıb

0 4

Bakı. – Trend:

2022-ci ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft
kəməri ilə 11,781 milyon ton neft nəql olunub.

Trend bu barədə
Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat
verir.

Hesabat dövründə magistral neft kəmərləri ilə nəql edilən neftin
79,8 faizi BTC xəttinin payına düşüb.

Ümumilikdə, hesabat dövründə magistral neft kəmərləri ilə 14,771
milyon ton neft nəql edilib.

Yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2,01
milyon ton tranzit nefti nəql edilib ki, bu da 2021-ci ilin eyni
dövrü ilə müqayisədə 32 faiz çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Leave A Reply

Your email address will not be published.