Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanları keçirəcək

0 3

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2022-ci il iyunun 19-da
dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə
test imtahanı, inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati
icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr
üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və
rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd)
keçirilir.

DİM-dən Trend
verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanın
başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa
çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.

İştirakçılar imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin
əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq
gətirməlidirlər.

Dövlət qulluğuna qəbul imtahanında iştirak etmək üçün BA qrupu
üzrə 582, BB qrupu üzrə 1544 olmaqla, ümumilikdə 2126 namizəd
qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test
imtahanında iştirak etmək üçün AC qrupu üzrə 6, BA qrupu üzrə 56,
BB qrupu üzrə 156 olmaqla, ümumilikdə 218 namizəd qeydiyyatdan
keçib.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri
üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd)
imtahanında isə 1021 namizədin iştirakı nəzərdə tutulub. Onlardan
795 nəfər Azərbaycan, 226 nəfər isə rus bölməsi üzrə imtahan verir.
Ərizə verənlərin 447 nəfəri oğlan, 574 nəfəri isə qızdır. 558 nəfər
cari ilin, 463 nəfər əvvəlki illərin məzunudur. 8 nəfər xarici ölkə
vətəndaşıdır.

Leave A Reply

Your email address will not be published.