Ceyhun Bayramov Beynəlxalq Türk Akademkiyasının rəhbəri ilə görüşüb (FOTO)

0 6

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk
Akademkiyasının rəhbəri Darhan Kıdırali ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının
fəaliyyətini yüksək dəyərləndirib və Azərbaycanın Akademiyanın
işinə verdiyi töhfəni qeyd edib. Türk xalqlarının ortaq tarixi və
coğrafiyası ilə bağlı dərsliklərin hazırlanması, habelə Elmi
Şuraların fəaliyyəti məmnunluqla qeyd edilib. Nazir, Akademiyanın
fəaliyyətinə şəxsən D.Kıdırali tərəfindən verilən töhfənin yüksək
qiymətləndirildiyini bildirib.

D.Kıdırali Azərbaycana səfəri çərçivəsində Bakı Qlobal Forumunda
iştirakını, Şuşa şəhərinə səfərini məmnunluqla qeyd edib. O,
Beynəlxalq Türk Akademiyasının Azərbaycanla bağlı bir sıra
layihələrinin olduğunu, o cümlədən Şuşanın 2023-cü il Türk
dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı layihələrin
nəzərdə tutulduğunu səsləndirib. Azərbaycanın Akademiyanı hər zaman
dəstəklədiyini söyləyən D.Kıdırali, bu dəstəyin gələcəkdə
Akademiyanın fəaliyyətinin daha da yüksəlməsinə xidmət edəcəyindən
əminliyini ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.

Leave A Reply

Your email address will not be published.