Çində leysan yağışları 4 nəfərin həyatına son qoyub

0 6

Bakı. Trend:

Çinin cənubund Quanqsi-Çjuanq Muxtar Bölgəsində güclü yağışlar
nəticəsində azı 4 nəfər ölüb, bir nəfər isə hələ də itkin düşmüş
hesab olunur.

Trend xəbər
verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, ölənlər və itkin düşmüş şəxs eyni evin sakinləri
olub. Güclü yağışlar nəticəsində taxta ev uçub. Daha sonra dörd
nəfərin cəsədi tapılıb. Digər şəxsin axtarışları davam edir.

Quanqsi-Çjuanq Muxtar Bölgəsində güclü yağışlar cümə günü axşam
saatlarından başlayıb. Proqnozlara görə, leysan iyunun 21-dək davam
edəcək.

Leave A Reply

Your email address will not be published.