DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları Batizado-Kəmər dərəcələrinin təqdimat mərasimində iştirak ediblər (FOTO)

0 2

Bakı. Trend:

Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı, Gənclər və
İdman Nazirliyinin, Braziliyanın Azərbaycandakı səfirliyinin
dəstəyi ilə Abşeron Olimpiya İdman Kompleksində Batizado-Kəmər
dərəcələrinin təqdimatı olub. Tədbirin rəsmi qonaqları qismində
Ümumdünya Kapoeyra Federasiyasının prezidenti Mestre Paulao Ceara,
Braziliyanın ölkəmizdəki səfiri Manuel Montenegro, Birləşmiş
Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarı Guido Ambrosso
iştirak ediblər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzindən Trend-ə bildirilib ki,
tədbirin məqsədi bu sahəyə maraq göstərən, yarışlarda uğur qazanan
uşaq və yeniyetmələrə yeni kəmər dərəcələrini təqdim etmək, eyni
zamanda idmanın bu növünün daha geniş təbliğatına töhfə
verməkdir.

Təqdimat mərasimində 200-dən çox uşaq və yeniyetmə yeni
kəmərlərə layiq görülüb.

Məlumat üçün bildirək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq
Mərkəzinin Kapoeyra Federasiyası ilə sıx əməkdaşlığı çərçivəsində
mərkəzdə idman xidməti üzrə kapoeyra təlimləri keçirilir. Kapoeyra
təlimlərinə və reabilitasiya prosesinə cəlb edilən həssas qrupdan
olan şəxslər qısa müddətdə sosial adaptasiya sayəsində cəmiyyətə
inteqrasiya olunublar. Həyata keçirilən tədbirlər sayəsində
benefisiarların psixososial durumunda da nəzərə çarpacaq
irəliləyişlər qeydə alınıb. Bunun nəticəsidir ki, mərasimdə
mərkəzin 5 üzvünə də yaşıl kəmər təqdim edilib.

Qeyd edək ki, iyunun 19-da Heydər Əliyev Mərkəzinin ərazisində
xarici qonaqların rəhbərliyi ilə seminarın təşkili də nəzərdə
tutulur.

Leave A Reply

Your email address will not be published.