Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmə təkmilləşdirilir – Fərman

0 4

Bakı. Trend:

Prezident İlham Əliyev “Dövlət icbari şəxsi sığortası sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli
1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman
imzalayıb.

Trend-in məlumatına görə,
fərmana əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş
verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın
1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta
ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Azərbaycan
Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata
keçiriləcək.

Bundan başqa fərmana əsasən, sığorta hadisəsi hesab edilə bilən
halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il
dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə
sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin
(Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş
sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il
yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda
formalaşan sığorta vəsaiti hesabına Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu
təmin edəcək.

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti
sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq
edən 2020-ci il dekabrın 31-dən sonraya aid sənədlər üzrə həyata
keçirdiyi sığorta ödənişləri barədə məlumatları (sığortaolunanın
soyadı, adı, atasının adı, FİN-i, sığorta ödənişinin məbləği və
verildiyi tarix) bir ay müddətində Fonda təqdim etməlidir.

Leave A Reply

Your email address will not be published.