Dövlət qulluğu üzrə imtahanlar təşkil edilib

0 2

Bakı. Trend:

İyunun 19-da Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda
inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı,
inzibati rəhbər vəzifələrə aid olan AC və inzibati icraçı
vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə
fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

DİM-dən Trend
verilən məlumata görə, AC və BA vəzifə qrupları üzrə dövlət
qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı kompüter
vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda
və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın
nəticələrinə dair arayış təqdim olunub. Bu imtahanda 61 namizəd
iştirak edib. İmtahan nəticələrinə əsasən, AC1 altqrupu üzrə 2
nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 1 nəfər, AC4
altqrupu üzrə 1 nəfər, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə
9 nəfər, BA3 altqrupu üzrə 16 nəfər, BA4 altqrupu üzrə 12 nəfər
olmaqla, ümumilikdə 45 namizəd tələb olunan şərtləri ödəyərək uğur
qazanıb. İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası
iyunun 20-22-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində
fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik
Həsən Əliyev küçəsi, 299.

Kağız daşıyıcılar vasitəsilə keçirilən dövlət qulluğunda
inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı,
həmçinin BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət
qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri isə
yaxın 2 gün ərzində elan olunacaq.

Leave A Reply

Your email address will not be published.