Dünyada meymunçiçəyinə yoluxanların sayı açıqlanıb

0 2

Bakı. Trend:

2022-ci ilin əvvəlindən 42 ölkədə 2 103 nəfərdə meymunçiçəyinə
yoluxma qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının həftəlik
bülletenində deyilir.

Eyni zamanda bu günədək azı bir nəfərin ölümü qeydə alınıb.

Ən çox yoluxma Böyük Britaniyadadır. Ölkədə bugünədək 524 nəfər
meymunçiçəyinə yoluxub.

İspaniya 313, Almaniya 263, Portuqaliya 241, Kanada 159, Fransa
125, Niderland 80, ABŞ 72, İtaliya 68 və Belçika 52 yoluxma ilə ilk
onluqda yer alır.

Yeganə ölüm faktı Nigeriyada qeydə alınıb.

Leave A Reply

Your email address will not be published.