Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr məhv edilib — Aydın Kərimov

0 3

Şuşa. Trend:

Erməni işğalı zamanı torpaqlarımızda mədəni-tarixi abidələr
dağıdılaraq məhv edilib.

Trend-in
məlumatına görə, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov “Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi
Rayonlarının yenidənqurulması və inkişafına baxış” mövzusunda
keçirilən panel iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müharibə bitdikdən sonra Şuşada dərhal
yenidən-qurma bərpa işlərinə başlanıldı.

“Tapşırıqlara uyğun olaraq, şəhərin əsas bina və obyektlərinin
istiliklə təmin olunması istiqamətində 7 qazanxana təchiz edildi.
Müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib,
bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə
7 qazanxana tikilərək istiliklə təmin edilib. Hazırda məcburi
köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin
tikintisi davam etdirilir”,- deyə o əlavə edib.

Leave A Reply

Your email address will not be published.