Erməni rəqiblərini məğlub edən boksçularımız beynəlxalq turnirin finalına yüksəlib

0 4

Bakı. Trend:

Gürcüstanın Qori şəhərində Avropa və dünya çempionu Georgi
Kandelakinin şərəfinə gənc boksçular arasında ənənəvi keçirilən
beynəlxalq turnirdə yarımfinal döyüşləri başa çatıb.

Trend xəbər
verir ki, finalda rinqə çıxan 10 boksçumuzdan 7-si çıxışını qələbə
ilə başa vuraraq həlledici döyüşə vəsiqə qazanıb. Boksçularımızdan
Tural Sarıyevlə (51 kq) Rza Rzazadə (75 kq) yarımfinalda
ermənistanlı rəqiblərini məğlub edib. Təmsilçilərimiz müvafiq
olaraq Tumas Tomasyan və Alik Ovanisyana qalib gəlib.

Səbuhi Əlizadə (+92 kq) qazaxıstanlı Elnar Absadukovu məğlub
edib. Millimizin digər üzvləri Kənan Babayev (48 kq), Amin
Məmmədzadə (51 kq), Kamil Babayev (54 kq) və Taci Tağızadə (60 kq)
isə gürcüstanlı boksçulardan üstün olub. Onlar müvafiq olaraq
Bezhan Kobiaşvili, Oruc Əhmədov, Paata Mqebrişvili və Luka
Xatiaşvili üzərində qələbə qazanıblar.

Yarımfinalda məğlub olan Sənan Hətəmov (71 kq), Aslan Mövsümov
(86 kq) və Rəşid Məmmədov (92 kq) bürünc medalla
kifayətləniblər.

Turnirdə final döyüşləri iyunun 19-da olacaq.

Qeyd edək ki, Avropa və dünya çempionu Georgi Kandelakinin
şərəfinə keçirilən yarışa Gürcüstan, Azərbaycan, Qazaxıstan,
Ukrayna və Ermənistanın 100-dək boksçusu qatılıb.

Leave A Reply

Your email address will not be published.