Ferstappen Kanada Qran Prisində təsnifat mərəhələsinin qalibi olub

0 7

Bakı. Trend:

“Red Bull” komandasının hollandiyalı pilotu Maks Ferstappen
bazar günü axşam “Formula 1” üzrə dünya çempionatının 9-cu raundu
olan Kanada Qran Prisi çərçivəsində təsnifat mərhələsinin qalibi
olub.

Trend xəbər
verir ki, ikinci yeri “Alpin” komandasının ispaniyalı pilotu
Fernando Alonso olub. İlk üçlüyü “Ferrari” komandasının pilotu
ispan Karlos Sayns qapayıb.

Bu, hazırki dünya çempionu olan Ferstappenin mövsemdə ikinci
pouludur. O, həm də pilotlar arasında ümumi sıralamada da
liderdir.

Xatırladaq ki, Maks Ferstappen ötən həftə “Formula 1” üzrə
2022-ci il dünya çempionatının Bakıda baş tutmuş 8-ci mərhələsi
çərçivəsində qalib olmuşdur. Gərgin mübarizə şəraitində keçən
yarışda ikinci yeri onun komanda yoldaşı Serxio Peres, üçüncü yeri
isə “Mercedes” komandasının pilotu Corc Russell qazanmışdır.

Leave A Reply

Your email address will not be published.