FİFA 2026-cı il dünya çempionatının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb

0 7

Bakı. Trend:

2026-cı il ABŞ, Kanada və Meksikada təşkil olunacaq futbol üzrə
dünya çempionatının keçiriləcəyi şəhərlər müəyyənləşib.

Trend xəbər
verir ki, bu barədə məlumat FIFA-nın “Twitter” səhifəsində
yerləşdirilmiş paylaşımda öz əksini tapıb.

Turnir ABŞ-ın Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los
Anceles, Mayami, Nyu-York/Nyu Cersi, Filadelfiya, San Fransisko və
Sietl şəhərlərində olacaq.

Meksikada oyunlar Qvadalaxara, Mexiko və Monterreydə
keçiriləcək.

Kanadada isə matçlar Toronto və Vankuverdə keçiriləcək.

Leave A Reply

Your email address will not be published.