Formula 1 ilə bağlı bulvarda hansı əyləncə proqramları olacaq? (FOTO)

0 6

Bakı. Trend:

2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin azarkeşləri Bakı
yarışını canlı izləməklə yanaşı, üç gün davam edəcək mötəbər tədbir
zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq əyləncə
proqramlarına qatıla biləcəklər.

Bu barədə Trend
Bakı Şəhər Halqasından məlumat verilib.

Qeyd edilib ki, tədbirlər rəngarəngliyi ilə seçilərək, müxtəlif
konseptlərdə təqdim olunacaq. Nümayiş ediləcək stendlərin bir
hissəsi (Zona 2) Azərbaycan mədəniyyətindən, incəsənətindən və
tarixindən ilham alır.

Tamaşaçılar “Qobustan” guşəsində qaya rəsmlərinin qarşısında
şəkil çəkdirəcək, qaval daşının sədalarından həzz alacaqlar.
Səhnələşdirilmiş geyimlərdə çıxış edən sənətçilər həmin dövrlərə
aid rəqsləri, ovçuluq ənənələrini göstərərək, tamaşaçıları yallı
getməyə dəvət edəcək.

“Azerbaijan Cultural Corner” interaktiv guşəsinə baş çəkməklə
keçmişə səyahət edə, əsrlər öncəki milli abu havanı duyacaqsınız.
Rəngarəng ornamentli xalçalar, milli geyimlər, nümayiş olunan qədim
eksponatlar, mis və saxsı qablar mədəni-tarixi vəhdət
yaradacaq.

“Nəhəng əllər”guşəsində tamaşaçılar Formula 1 dünyasına “toxuna”
biləcək. “Touch of The World” instalyasiyası Azərbaycan bayrağının
rənglərinə boyadılan əzəmətli əllər xalqımızın həmrəylik və dostluq
ənənəsini tərənnüm edir.

Milli ornamentlərlə bəzədilmiş F1 bolidi və Xəzər mənzərəli
Azerbaijan GP həştəqi də böyük maraq doğuracaq.

Leave A Reply

Your email address will not be published.