Fransada bu gün parlament seçkilərinin ikinci turu keçiriləcək

0 3

Bakı. Trend:

Bazar günü Fransada Milli Assambleyaya seçkilərin ikinci turu
keçiriləcək.

Trend xəbər
verir ki, ekspertlərin və medianın diqqəti hazırkı prezident
Emmanuel Makronun koalisiyasının Fransa parlamentinin aşağı
palatasında çoxluğu qoruyub saxlaya bilib-bilməyəcəyi sualına
yönəlib.

Bir həftə əvvəl seçkilərin ilk raundda Makronun “Birgə”
koalisiyası solçu Jan-Lyuk Mélenchonun rəhbərlik etdiyi Yeni Xalq
Ekoloji və Sosial Birliyi (Nupes) ilə demək olar ki, eyni səs
toplamışdı.

Qeyd edək ki, 577 yerlik Fransa Milli Assambleyasında əksəriyyət
üçün ən azı 289 mandat qazanmaq lazımdır.

Leave A Reply

Your email address will not be published.