Fransada parlament seçkilərinin ikinci turunda səsvermə başlayıb

0 7

Bakı. Trend:

Fransada parlament seçkilərinin ikinci turunda səs vermək üçün
seçki məntəqələri açılıb.

Trend-in
məlumatına görə, bu gün ölkənin Milli Assambleyasının yeni
tərkibində deputatların mandatları bölüşdürüləcək.

Fransa parlamentinin bu aşağı palatası ölkənin materik hissəsi
və onun dənizaşırı departamentlərindəki birmandatlı seçki
dairələrindən seçilir.

Milli Assambleyanın igamətgahı olan Burbon sarayında oturmaq
hüququ uğrunda 1148 namizəd mübarizə aparacaq: 655 kişi və 493
qadın.

Leave A Reply

Your email address will not be published.