Fransada parlament seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb

0 6

Bakı. Trend:

Fransada parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri
açıqlanıb.

Trend xarici
KİV-ə istinadla xəbər verir ki, seçicilər 1148 namizəd arasından
növbəti 5 il üçün Milli Assambleyanın 577 deputatını seçiblər.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, bülletenlərin
60 faizinin emalından sonra açıqlanan nəticələrə əsasən, hakim
koalisiya 35,5 %, solçu müxalifət bloku isə 26 % səs toplayıb.

Göründüyü kimi, heç bir siyasi partiya səslərin mütləq
əksəriyyətini qazana bilməyib. “Ensemble” koalisiyası Milli
Assambleyanın 577 kreslosundan 224-nə, “NUPES” koalisiyası 149-na,
“Milli Birlik” partiyası 89-na, “sağlar”ın isə 78 kresloya
yiyələndiyi ehtimal olunur.

Leave A Reply

Your email address will not be published.