Fransanın bəzi bölgələrində isti havaya görə açıq havada tədbirlər qadağan edilib

0 2

Bakı. Trend:

Fransanın müxtəlif bölgələrində müşahidə olunan istilər
səbəbindən açıq havada kütləvi tədbirlər qadağan edilib.

Trend xəbər
verir ki, bu barədə «BBC» telekanalı bildirir.

Kütləvi tədbirlərin keçirilməsi həmçinin kondisioner sistemləri
ilə təchiz olunmayan məkanlarda da qadağan edilib. Yaranmış
vəziyyətdə elektrik enerjisi istehlakının artdığı, tələbatı artıq
qonşu ölkələrdən idxal hesabına ödənildiyi qeyd edilir.

Bu həftə Fransada havanın temperaturu 40 dərəcəyə yüksəlib. İsti
havaların iyunun 18-də pik həddə çatacağı gözlənilirdi.

Anomal istilər ölkə ərazisinə Şimali Afrikadan daxil olan isti
hava kütlələri ilə əlaqələndirilir.

Leave A Reply

Your email address will not be published.