Gəncədə 70 nəfər avara və dilənçi saxlanılıb (FOTO/VİDEO)

0 9

Bakı. Trend:

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər
saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan Trend-ə verilən
məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis
Şöbəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən
və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına
səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 70 nəfər saxlanılaraq Polis Şöbəsinə
gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati
Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib
edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və
rayonlara göndərilib.

Leave A Reply

Your email address will not be published.