Gimnastlarımız İsraildə keçirilən Avropa çempionatında daha bir medal qazanıb

0 4

Bakı. Trend:

Təl-Əvivdə (İsrail) bədii gimnastika üzrə Avropa çempionatının
final yarışında qrup hərəkətlərində Azərbaycan komandası 31.900 xal
toplayaraq üç lent və iki topla hərəkətlərdə bürünc medal
qazanıb.

Trend-in
məlumatına görə, bu proqramda birinci yeri İtaliya komandası
(34,250 xal), ikinci yeri İspaniya komandası (31,950 xal)
tutub.

Azərbaycan komandasının heyətində Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Elizaveta Luzan və
Darya Sorokina yer alıb.

İyunun 15-19-da Təl-Əvivdə (İsrail) keçirilən bədii gimnastika
üzrə Avropa çempionatının yekunlarına görə Azərbaycan komandası
dörd bürünc medal qazanıb. Beləki, gürzlərlə hərəkət proqramında
gənc gimnastımız Kamilla Qafarova bürünc medal qazanıb. Azərbaycan
komandası qrup hərəkətlərində — çoxnövçülükdə, beş halqa ilə
proqramda və üç lent və iki topla hərəkətdə üç bürünc medal
qazanıb.

Leave A Reply

Your email address will not be published.