Hikmət Hacıyev işğaldan azad olunmuş ərazilərə səfər etmiş dünya səyyahları ilə görüşüb

0 4

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev ölkəmizdə səfərdə olan dünya səyyahları ilə
görüşüb.

Trend xəbər
verir ki, bu barədə Prezidentin köməkçisi “Twitter” hesabında
yazıb.

“Ən çox səyahət edən insanlar” klubunun üzvləri ilə görüşdən,
onları salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər
işğaldan azad olunmuş ərazilərə səfər edib, Ermənistan
vandalizminin miqyasının və işğalın dağıntılarının şahidi olublar.
Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi sürətli yenidənqurma və
şəhərsalma prosesinə heyran olublar”, – deyə Hikmət Hacıyev
yazıb.

Leave A Reply

Your email address will not be published.