Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfəri keçib

0 4

Bakı. Trend:

Hindistanın şimal-şərqindəki Assam və Meqalaya ştatlarında
daşqınlar və nəticədə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı
63 nəfərə çatıb.

Trend «TASS»a
istinadla xəbər verir ki, bu barədə «Press Trust of India» xəbər
agentliyi məlumat yayıb.

Daha əvvəl yerli hakimiyyət orqanları 31 nəfərin öldüyün
bildirirdi.

Agentliyinin məlumatına görə, güclü musson yağışları nəticəsində
yaranan daşqınlar 3,1 milyon insana ziyan vurub. Üç uşaq olmaqla
10-a yaxın adam itkin düşüb.

NDTV kanalının bildirir ki, Assamda 4 minə yaxın kənd daşqın
zonasında qalıb, 156 min insan 514 müvəqqəti yaşayış düşərgəsinə
köçürülüb. Leysan və torpaq sürüşmələri azı 234 yerli avtomobil
yoluna və 16 körpüyə ziyan vurub.

Leave A Reply

Your email address will not be published.