İbrahim Tiau: Dünya torpaqlarının 40 faizi səhralaşmadan əziyyət çəkir

0 3

Madrid, 19 iyun, AZƏRTAC

Qlobal istiləşmə İspaniyada baş verəcək yeganə mənfi iqlim hadisəsi deyil.

AZƏRTAC xəbər verir ki, bu günlərdə Madriddə Səhralaşma və Quraqlıqla Mübarizə Gününə həsr olunmuş milli və beynəlxalq ekspertlərin görüşündə bu barədə danışılıb. Tədbirdə İspaniyanın quraqlığa, su qıtlığına və iqlim dəyişikliyinin əlaqəli təsirlərinə qarşı həssas olduğu bildirilib. Qeyd edilib ki, İspaniya Hökuməti bu məsələlərin həllində ön sıralardadır və ən yaxşı təcrübələri paylaşa bilər.

Madrid görüşündə iştirak edən BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının baş katibi İbrahim Tiau Aralıq dənizi ölkələrinə güclənən quraqlığa qarşı daha yaxşı hazırlaşmaları barədə xəbərdarlıq edib.

İbrahim Tiaunun sözlərinə görə, səhralaşma çox ciddi qlobal hadisədir, dünyada yeni torpaqların 40 faizi artıq səhralaşmaya məruz qalıb ki, bu da bəşəriyyətin yarısına təsir edir. Bu, kənd təsərrüfatı məhsullarının itirilməsi, su çatışmazlığı, nizamsız mühacirət deməkdir. Bütün bu amillərin bəşəriyyətə təsiri var. İqlim dəyişikliyinin səbəb olduğu mühacirət Haiti, Sahel və Əfqanıstanın sakinlərinə təsir edib.

BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının baş katibi qeyd edib ki, Cənubi Avropa və Aralıq dənizi ölkələri iqlim dəyişikliyinə və torpaqların deqradasiyasına xüsusilə həssasdır. Quraqlıq kənd təsərrüfatına, elektrik enerjisi istehsalına və hətta şəhərlərin su təchizatına təsir göstərir. Məsələn, hazırda ölkənin üçüncü böyük şəhəri olan Monterreydə su kartla verilir.

İspaniya, Portuqaliya, Yunanıstan, Mərakeş, Əlcəzair, bütün Aralıq dənizi hövzəsi torpaqların deqradasiyası ilə birlikdə sürətlənmiş iqlim dəyişikliyi vəziyyəti ilə üzləşir.

İbrahim Tiau vurğulayıb ki, daha etibarlı erkən xəbərdarlıq sistemləri işə salınmalıdır, çünki elm bu cür halları üç-dörd ay əvvəldən görə bilir. Bu məlumat yoxsul fermerlərə çatdırılmalıdır. Bütün iqlim fəlakətlərinin qarşısı belə alınır.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

AZERTAG.AZ :İbrahim Tiau: Dünya torpaqlarının 40 faizi səhralaşmadan əziyyət çəkir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.