İnsan alveri ilə məşğul olan qadına hökm oxundu

0 2

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində
təqsirləndirilərək həbs edilən Gülnarə Məhərrəmovanın cinayət işi
üzrə məhkmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirlənjdirilən şəxsə hökm
oxunub.

Məhkəmənin hökmü ilə G.Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum
edilib.

İttihama görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində
Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə
edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada
cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova
tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və
144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinib.

Leave A Reply

Your email address will not be published.