İranda 160 nəfər koronavirusa yoluxub

0 2

Bakı. Elnur Bağışov — Trend:

İranda ötən sutka ərzində 160 nəfər koronavirusa (COVID-19)
yoluxub, ölüm halı qeydə alınmayıb.

Trend-in
məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil
Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 363 nəfər,
yoluxanların sayı isə 7,23 milyondan çoxdur. Virus daşıyıcılarından
297 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb,
52,5 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci
mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci
mərhələ üzrə vaksinasiya olunanların sayı 57,9 milyon, üçüncü
mərhələ üzrə vaksinasiya olunanların sayı 27,6 milyon təşkil
edir.

Leave A Reply

Your email address will not be published.