Bakı. Trend:
İranın mərkəzində yerləşən İsfahan vilayətində F14 qırıcı
təyyarəsi texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bunu İran ordusunun İsfahan vilayəti
üzrə ictimai əlaqələr şöbəsinin rəsmisi Rəsul Motəmedi deyib.
R.Motəmedinin sözlərinə görə, hadisə zamanı qırıcıda olan 2
pilot paraşütlə təyyarədən tullanıblar. Hər iki pilot xəstəxanaya
çatdırılıb.
Təyyarənin tamamilə sıradan çıxdığı bildirilib.