İşğaldan azad edilmiş ərazilərin ümumi planı müzakirə olunub (FOTO)

0 7

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında fəaliyyət
göstərən İctimai Şuranın növbəti iclası keçirilib.

Komitədən Trend-ə verilən
məlumata görə, iclas geniş tərkibdə, ölkənin şəhərsalma və memarlıq
mütəxəssislərinin iştirakı ilə təşkil olunub.

İclasın məqsədi ölkə başçısının tapşırıqlarına uyğun olaraq
işğaldan azad edilmiş ərazilər üzrə Komitənin sifarişi ilə
hazırlanan əsas ərazi planlaşdırma sənədlərinin hazırlanmasında
ictimaiyyət və yerli peşəkar dairələrin fəal iştirakını təmin
etməkdir.

İclas çərçivəsində Komitə rəsmiləri tərəfindən İşğaldan Azad
Edilmiş Ərazilərin Ümumi Planı, ayrı-ayrı şəhərlərin baş planları
təqdim edildi, müvafiq şəhərsalma həlləri ətraflı müzakirə olunub.
Bildirilib ki, növbəti 20-illik dövrü əhatə edən bu planların
hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni
infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin
yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının
və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması
prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq
edilib, “yaşıl” enerji, “ağıllı” şəhər və bir çox digər müasir
şəhərsalma yanaşmaları tətbiq olunub.

Leave A Reply

Your email address will not be published.