İspaniyada meşə yanğınları 20 min hektardan çox ərazini əhatə edib

0 2

Bakı. Trend:

İspaniyanın Zamora əyalətində başlamış meşə yanğınları 20 min
hektardan çox ərazini əhatə edib.

Trend xəbər
verir ki, bu barədə İspaniyanın “El Mundo” qəzeti məlumat
yayıb.

Yanğınsöndürənlər gecə boyu yanğını söndürmək üçün mübarizə
aparıblar. Bununla belə, alov yayılmaqda davam edir. Bbir sıra
yaşayış məntəqələrindən sakinlərin evakuasiyası davam edir.

Ötən gün Kastiliya və Leon muxtar icmasının səlahiyyətliləri
ölkənin şimal-qərbində baş verən meşə yanğını ilə əlaqədar yeddi
kəndin sakinlərinin təxliyə edildiyini açıqlayıb.

Son günlər İspaniyanın əksər hissəsində kəskin istilər hökm
sürür. Nəticədə meteorologiya qurumu bəzi əyalətlərdə qırmızı
xəbərdarlıq elan edib.

Leave A Reply

Your email address will not be published.