İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

0 3

İstanbul, 19 iyun, AZƏRTAC

İsrailin xarici işlər naziri Yair Lapid iyunun 23-də Türkiyəyə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə İsrail-Türkiyə əlaqələri, eləcə də regional proseslər müzakirə olunacaq.

Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoq cari il martın 9-da Türkiyəyə ikigünlük səfər edib. Bu, 13 il fasilədən sonra Türkiyə-İsrail münasibətlərinin normallaşması istiqamətində atılan ən mühüm siyasi və diplomatik addım olub. Ekspertlər hesab edirlər ki, regionun iki mühüm ölkəsi arasında münasibətlərin normallaşması bölgəyə yeni əməkdaşlıq mühiti və böyük iqtisadi inkişaf vəd edir.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.