IX Qlobal Bakı Forumu çərçivəsində “Qloballaşma və artan bərabərsizlik” mövzusunda panel iclası keçirilib (FOTO)

0 7

Bakı. Trend:

IX Qlobal Bakı Forumu çərçivəsində “Qloballaşma və artan
bərabərsizlik”
mövzusunda panel iclası keçirilib.

Trend-in məlumatına görə, BMT-nin Ukrayna üzrə sabiq rezident
əlaqələndiricisi Francis O’Donnel’in moderatorluğu ilə keçirilən
panel iclasında gəlirlərdə qeyri-bərabər keyfiyyətlər, iqtisadi
keyfiyyətlərə diqqət yetirmək, qeyri-bərabərliklərin gender ölçüsü
və bir sıra mövzular müzakirə edilib.

Panel iclasında çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl
Cabbarov qeyd edib ki, bərabərsizliklərin qarşısını almaqla uğurlu
iqtisadiyyata sahib oluna bilər. Cəmiyyətlərin dəyərlərinə diqqət
yetirməli, onların gəlir bərabərsizliklərinə də baxmalıyıq.
Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı
qanunvericilik aktlarımızın təkmilləşdirməsini davam
etdirəcəyik.

Ekvadorun sabiq prezidenti Rosalia Arteaga Serrano həmçinin
bildirib ki, qeyri-bərabərsizlik hələ də həllini tapmayan əsas
problemlərdən biridir. Bu da öz növbəsində cəmiyyətin inkişafına
mane olur.

Panel digər iştirakçıların müzakirələri ilə davam edib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr
olunan 9-cu Qlobal Bakı Forumunda 50-dın çox ölkənin, eləcə də
nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
İyunun 18-dək davam edəcək Forumda qlobal dünya nizamını təhdid
edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün
təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan
tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və
inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun
qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun
transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr
aparılacaq.

Leave A Reply

Your email address will not be published.