IX Qlobal Bakı Forumu çərçivəsində yoxsulluq, aclıq, ərzaq və kənd təsərrüfatı sahəsinin transformasiyası müzakirə edilib (FOTO)

0 2

Bakı. Trend:

IX Qlobal Bakı Forumu çərçivəsində “Yoxsulluq, aclıq, ərzaq və
kənd təsərrüfatı sahəsinin transformasiyası” mövzusunda panel
iclası keçirilib.

Trend-in məlumatına görə, Ukraynadakı müharibə məsələsini və
ərzaq qiymətlərinə təsirini nəzərə alaraq, yerli, regional və
beynəlxalq səviyyədə saxlama və bufer ehtiyatları nədən ibarət
olmalıdır, dünyada sürətli meşə qırılması münbit torpaqların
səhralaşması və bir sıra mövzular müzakirə edilib.

Panel iclasında çıxışı zamanı Azərbaycan Kənd Təsərrüfatı naziri
İnam Kərimov qeyd edib ki, Azərbaycanın yürütdüyü siyasət kənd
təsərrüfatının inkişafına səbəb olur.

«Pandemiya və xəstəliklər kimi digər çağırışları da nəzərə
almalıyıq. Burada çoxsaylı, əlaqəli, kompleks tədbirlər də buna
təsir edir. Rəqəmsal transformasiya bizim fəaliyyətimizin bir
hissəsidir. Azərbaycan artıq rəqəmsal kənd təsərrüfatına keçid
edir», — nazir deyib.

Mavrikinin sabiq prezidenti Ameenah Gurib-Fakim isə bildirib ki,
Azərbaycanın kənd təsərrüfatının inkişafına dəstəyi, bu sahədə
yeniliklər etməsi məmnunluq doğuran bir hadisədir.

Panel digər iştirakçıların müzakirələri ilə davam edib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr
olunan 9-cu Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də
nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Üç
gündür davam edən Forumda qlobal dünya nizamını təhdid edən mühüm
problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin
olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan
tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və
inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun
qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun
transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr
aparılır.

Leave A Reply

Your email address will not be published.