IX Qlobal Bakı Forumunun iştirakçıları Qarabağa səfər ediblər

0 4

Bakı. Trend:

IX Qlobal Bakı Forumunun iştirakçıları iyunun 19-da Qarabağ
İqtisadi Rayonuna – Füzuli və Şuşa şəhərlərinə səfər ediblər.

Trend-in
məlumatına görə, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də
ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata
keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri
müşayiət edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda
beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu
iyunun 16-da işə başlayıb.

Leave A Reply

Your email address will not be published.