IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşaya gəliblər (FOTO)

0 2

Şuşa. Trend:

IX Qlobal Bakı Forumunun iştirakçıları Füzulidən sonra Şuşaya
gəliblər.

Trend-in Şuşaya
ezam olunan müxbirinin verdiyi məlumata görə, qonaqları yerli və
xarici media nümayəndələri müşahidə edirlər.

Şuşada IX Qlobal Bakı Forumunun iştirakçıları panel müzakirələr
aparacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda
beynəlxalq məsələlərin müzakirə edildiyi IX Qlobal Bakı Forumu
iyunun 16-da işə başlayıb.

Leave A Reply

Your email address will not be published.